Lüks oteldə cəmi 1 sentə gecələdi, digər cinayətləri üzə çıxdı

Lüks oteldə cəmi 1 sentə gecələdi, digər cinayətləri üzə çıxdı
Dünya 60

İspaniyada lüks otelləri hədəf alan 20 yaşlı gənc saxlanılıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, ispan polisi onun onlayn rezervasiya platformasının sisteminə müdaxilə edərək gecəlik qiyməti min avroya çatan otaqları cəmi 0,01 avroya bron etdiyini açıqlayıb.

Şübhəli Madriddə yerləşən otellərdən birində qalarkən yaxalanıb. İstintaq materiallarına görə, o, müxtəlif hotellərdə qalmaqla 20 min avrodan çox borc yığıb. Sonuncu qalmasının dəyərinin isə normal şərtlərdə 4 min avro olduğu bildirilib.

Məlumata əsasən, gənc ödəniş təsdiq sistemini dəyişdirərək məbləği 0,01 avro kimi rəsmiləşdirib və əməliyyatın təsdiqlənməsinə nail olub. İlkin mərhələdə sistemdə problem görünməsə də, ödəniş platformasının hotelə faktiki olaraq cəmi 1 sent köçürməsi saxtakarlığı üzə çıxarıb.

Araşdırma rezervasiya saytının şübhəli aktivlik barədə hüquq-mühafizə orqanlarına məlumat verməsindən sonra başlanıb və dörd gün ərzində şübhəli müəyyən edilərək saxlanılıb. Polis bu üsulun ölkədə ilk dəfə qeydə alındığını açıqlayıb.

Hüquq-mühafizə orqanları eyni metodun digər hotellərdə də tətbiq edildiyini istisna etmir. Bildirilir ki, saxlanılan şəxs əvvəllər Kanarya Adalarında da oxşar əmələ görə tutulub.

Son xəbərlər