Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 66-ya çatıb
24
mar
2026
09:01
Kolumbiyanın cənubunda Hərbi Hava Qüvvələrinə məxsus "C-130 Hercules" tipli təyyarənin qəzaya uğraması nəticəsində azı 66 hərbi qulluqçu həlak olub.
BAKU.WS xəbər verir ki, məlumatı yerli "El Tiempo" nəşri rəsmi mənbələrə istinadən yayıb.
Bildirilib ki, ölənlər arasında Hərbi Hava Qüvvələrinin 6 əməkdaşı, Milli Ordunun 58 hərbçisi və Milli Polisin 2 üzvü var.
Hazırda meyitlərin kimliyinin müəyyənləşdirilməsi prosesi davam edir. Eyni zamanda, daha 4 hərbçinin itkin düşdüyü qeyd olunur.
Oxşar xəbərlər
ABŞ-nin Texas ştatında 5 bal gücündə zəlzələ baş verib
ABŞ-nin Texas ştatında 5,0 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) bildirib ki, yeraltı təkanların episentri Spearm...