Kolumbiyada bombalı hücum: 5 əsgər həlak oldu
12
mar
2025
11:21
Kolumbiyanın cənub-qərbində, Cauca departamentinin Balboa qəsəbəsində körpü təmiri ilə məşğul olan əsgərlərə bombalı hücum edilib. Nəticədə 5 əsgər həlak olub, 6 nəfər yaralanıb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, rəsmi şəxslər hücumu qınayaraq, bunun bölgənin sabitliyinə təhlükə yaratdığını bildiriblər. Hücumda FARC-ın çətir təşkilatı olan Estado Mayor Central (EMC) qrupunun Carlos Patino fraksiyasının əli olduğu ehtimal edilir.
EMC, FARC-ın sülh sazişinə qoşulmayan qanadı kimi tanınır və Kolumbiya, Venesuela və Ekvadorda fəaliyyət göstərir.
Oxşar xəbərlər
SEPAH ABŞ-nin iki esminesi və 8 neft tankerinə zərbə endirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ilə qarşıdurmanın fonunda yeni zərbələr endirdiyini açıqlayıb. BAKU.WS xəbər verir ki, SEPAH-ın yaydığı bəya...