Kolumbiya prezidenti maliyyə naziri ilə yollarını ayırdı - Qalmaqalın detalları

Kolumbiya prezidenti maliyyə naziri ilə yollarını ayırdı - Qalmaqalın detalları
Dünya 32

Kolumbiya prezidenti Qustavo Petro maliyyə naziri və dövlət kreditləri üzrə məsul şəxs Rikardo Bonilyanı qalmaqalla əlaqədar istefaya göndərib.

BAKU.WS xəbər verir ki, prezident bu qərarını "X" sosial şəbəkəsində açıqlayıb.

"Onun günahkar olduğuna inandığım üçün deyil, hökumət proqramına sadiq qaldığı üçün parçalanmaq istənildiyi və konstitusiyaya zidd olaraq hökumətimizi devirmək istədikləri üçün istefasını gözləyirəm",- deyə Petro vurğulayıb.

Qustavo Petronun çağırışından sonra Bonilyanın istefa ərizəsini imzaladığı məlum olub.

Prezident əlavə edib ki, Kolumbiyada hər bir maliyyə naziri gec-tez Konqres tərəfindən şantaj və təzyiqə məruz qalır. "Bonilyanın səhvi akademik sadəlövhlükdədir. O, hər kəsin yüksək intellektual səviyyədə olduğunu düşünürdü. Buna görə də mənim göstərişimə əməl etmədi və nazirlikdə çalışan keçmiş prezident Alvaro Uribenin tərəfdarlarına arxalanmamalı idi," - deyə Petro bildirib.

Nazirin yerinə Bonilyanın müavini Dieqo Gevara təyin edilib.

Mətbuat Bonilyanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması idarəsinə müəyyən müqavilələr üzrə maliyyə ayrılmasına razılıq verdiyini və bunun altı konqres üzvünə fayda təmin etdiyini deyib. Bunun müqabilində nazir hökumətin iqtisadi islahatına dəstək üçün onların səslərini qazanmaq istəyib.

Son xəbərlər