Kəşf etdiyi heyvan həyatını dəyişdi - 3000 avro qazanır
Türkiyənin Trabzon şəhərində yaşayan Ülkü Koçoğlu təsadüfən kəşf etdiyi heyvandan xeyli gəlir edir.
BAKU.WS xəbər verir ki, o "Helix Aspersa Maxima" cinsinə aid qara ilbizi böyüdür və onu "Googlis" markası adı altında dünya kosmetika bazarına çıxarır.
Həm də ilbizlərin yumurtasını kiloqramı 3000 avrodan (təxminən 5920 AZN) dünyanın müxtəlif ölkələrinə satır.
O satışlarının artdığını görəndə artıq bunu genişləndirmək qərarına gəlib.
Ülkü Koçoğluna bu işdə Türkiyə Sənaye və Texnologiya Nazirliyi dəstək olub. Belə ki, Bolqarıstandan 600 kiloqram damazlıq ilbiz və 500 min körpə ilbiz gətirilib. Trabzonun Ortahisar bölgəsində 6 hektar ərazidə "Helix Aspersa Maxima" cinsinə aid qara ilbiz yetişdirilməsinə başlanılıb.
Artıq bir il yarımdır ki, burada ilbizlər və onların yumurtaları toplanır. Əldə edilən təbii ilbizlər zamanla kosmetika sənayesi üçün yeni məhsulların inkişafına səbəb olub. Müəssisə üz təmizləyici gel və dəri tonikindən tutmuş yaşlanma əleyhinə gecə kremi və dartılma izləri kreminə qədər 10 müxtəlif təbii dəriyə qulluq məhsulu istehsal edir.
Beynəlxaql bazarda "ağ kürü" kimi tanınan yumurtalar isə təxminən 3000 avroya (təxminən 5920 AZN) satılır. Bu yüksək əlavə dəyərli kürü, müəssisəni ixrac baxımından fərqləndirən məhsullardan biridir. Müəssisə ilbizləri bəsləmək üçün kimyəvi gübrələrdən istifadə etmir. İlbiz peyinlə yetişdirilən kahı, kələm, pazı və turp kimi tərəvəzlər təbii yem kimi istifadə olunur. Müəssisənin adı həmçinin Trabzon mədəniyyətini əks etdirir. Qara ilbizlərin yerli adı olan "Googlis" brendin adını yaratmağa ilham verib.
Ülkü Koçoğlu Trabzonda dünyaya açılan bir istehsal modeli yaratdığını bildirib:
""Googlis" adı Trabzonun yerli dilindən gəlir. Ferma adını seçərkən Trabzonda ilbizlərin necə adlandırılmasından ilham aldıq. Bu işə təbiətə hörmətim və istehsala olan ehtirasımla başladım. Pandemiya dövründə quru ilbizlərinin təkcə kosmetika sahəsində deyil, həm də kənd təsərrüfatı, gübrə və əczaçılıq sektorlarında böyük potensiala malik olduğunu anladım. O gündən etibarən həm bölgəmizə, həm də ölkəmizə iqtisadi dəyər qatacaq bir istehsal modeli qurmaq istədim. Bir istehsal mərkəzi yaratdıq. "Helix Aspersa Maxima" quru ilbizləri yetişdiririk. Burada sıfır tullantı prinsipi ilə fəaliyyət göstəririk. İlbizin qabığı və peyini də daxil olmaqla hər hissəsindən istifadə edirik".
Koçoğlu torpaq ilbizi gübrəsinin dünyanın ən dəyərli gübrələrindən biri olduğunu vurğulayıb
"Bu gün "Googlis"də biz brendimizlə əldə etdiyimiz təbii ilbiz ekstraktını qlobal bazara çıxarırıq. Trabzonda yaranan bir dəyəri qlobal bir brendə çevirməyi hədəfləyirik. Bizim üçün bu, yalnız istehsalla bağlı deyil; elm və əməyin gücü ilə təbiətdən gələcəyə bir şey daşımaq istəyirik. Torpaq ilbizi gübrəsi təbiətin ən güclü hüceyrə bərpa edən ekstraktlarından biridir. Həm tibbi, həm də kosmetik sektorlarda dəyərli qiymətə malikdir. Fermamız təkcə Trabzonun iqtisadiyyatına deyil, həm də Türkiyənin ixrac hədəflərinə töhfə verir".
Avropaya xammal tədarük etdiklərini bildirən Koçoğlu, "Bu heyvanla bağlı hər şey o qədər dəyərlidir ki, biz bundan xəbərsizik. Onun kürüsü dünyanın ən vacib kürüsüdür. Dəriyə qulluq məhsullarımıza, xüsusən də Yaxın Şərqdə çoxlu tələbat görürük. Hazırda Avropada da satış edirik. Həmçinin Avropaya xammal tədarük edirik. Fermamızın cəmi bir il yarım yaşı var, amma gözlədiyimizdən daha yaxşı işlər görürük" -deyə fikirlərinə əlavə edib.
Oxşar xəbərlər
Türkiyə millisinin və "Fənərbağça"nın keçmiş futbolçusu saxlanıldı
İstanbul Fond Birjasında müəyyən səhmlərdə süni qiymət dəyişiklikləri yaradaraq spekulyasiya aparıldığı müəyyən edildikdən sonra şübhəlilərə qarşı əməliyyat keç...