İstanbulda 4 gün müddətinə toplantı və aksiyalar qadağan edildi

İstanbulda 4 gün müddətinə toplantı və aksiyalar qadağan edildi
Dünya 190

İstanbul Valiliyi 19-23 mart tarixləri arasında şəhər daxilində bütün toplantı, nümayiş və mətbuat açıqlamalarının qadağan edildiyini elan edib. Qərarın məqsədi ictimai asayişi qorumaq və mümkün təxribatların qarşısını almaqdır.

BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, bu müddət ərzində bəzi metro stansiyaları bağlanacaq, bir sıra yollar nəqliyyata qapadılacaq və alternativ marşrutlar müəyyən ediləcək.

Bağlanacaq metro stansiyaları:

M1A Yenikapı - Atatürk Hava Limanı və M1B Yenikapı - Kirazlı xəttinin Emniyet-Fatih stansiyası.

M2 Yenikapı - Hacıosman xəttinin Taksim stansiyası.

Trafiğe bağlanacaq əsas yollar:

Adnan Menderes Bulvarı (Vatan Caddesi) və ona çıxan bütün yollar.

Akşəmsəddin Caddesi, Kocasinan Caddesi, Mütercim Asım Caddesi, Oğuzhan Caddesi, Akdeniz Caddesi və digər bir sıra küçələr.

Alternativ yollar:

Turgut Özal Bulvarı, Atatürk Bulvarı, Fevzi Paşa Caddesi, D-100 yolu.

Qadağalar 23 mart tarixinədək qüvvədə olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İranda silahlı qarşıdurma başlayıb

İranda silahlı qarşıdurma başlayıb

İranın İranşəhr bölgəsində atışma səsləri eşidilir. BAKU.WS bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Bildirilir ki, "Ceyş əl-Ədl" silahl...

291 Dünya 23:59 29 sentyabr 2026

Son xəbərlər