İsrail səfirliyi: Azərbaycanla əməkdaşlığın güclənəcəyinə ümid edirik
İsrail tərəfi Azərbaycanla münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümid bəslədiyini bildirib.
BAKU.WS-in məlumatına görə, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsində paylaşım edilib.
Bildirilib ki, paylaşım İsrailin müstəqilliyinin 78-ci ildönümü münasibətilə hazırlanıb. Səfirlik mesajında iki ölkə arasında mövcud dostluq və əməkdaşlığın möhkəmlənəcəyinə inam ifadə olunub.
"İsrailin 78-ci ildönümünü qürurla qeyd edirik və Azərbaycanla münasibətlərimizin daha da güclənəcəyinə səmimi ümid bəsləyirik. Müstəqillik Günün mübarək, İsrail", – paylaşımda vurğulanıb.
Oxşar xəbərlər
İnstaqram 10 ildən sonra loqotipini yenilədi
İnstaqram 2016-cı ildən sonra ilk dəfə tətbiqin yuxarı hissəsindəki loqotipini dəyişib. BAKU.WS xəbər verir ki, şirkətin direktoru Adam Mosseri bildirib ki, yen...