İranda SEPAH-ın təlim helikoperi qəzaya uğrayıb
30
okt
2024
19:55
İran İslam Respublikasının Fars əyalətində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlim helikopteri qəzaya uğrayıb.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verib.
Məlumata görə, SEPAH-ın quru qüvvələri bölmələrindən birinin təlim missiyasına cavabdeh olan və SEPAH-ın aviasiyasına məxsus helikopter eniş zamanı Zərindəşt şəhəri yaxınlığında qəzaya uğrayıb.
Qeyd olunub ki, qəza zamanı helikopterdə olan şəxslərdən biri yaralanaraq xəstəxanaya aparılıb.
Oxşar xəbərlər
Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda görüşərək regiondakı son vəziyyət və iki ölkə arasındakı münasibətləri müzakirə...