İlk dəfə 102 yaşında spirtli içki qəbul edib - 106 yaşlı qadının çox yaşamaqla bağlı SİRLƏRİ

İlk dəfə 102 yaşında spirtli içki qəbul edib - 106 yaşlı qadının çox yaşamaqla bağlı SİRLƏRİ
Dünya 34

Böyük Britaniyadan olan 106 yaşlı qadın uzunömürlülüyünün sirrini açıqlayıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Doroti Yanq adlı 106 yaşlı qadın sağlam həyat tərzi sayəsində bu qədər uzun ömür sürdüyünə inanır.

Məlumata görə, britaniyalı qadın ilk dəfə 102 yaşında spirtli içki qəbul edib.

Doroti Yanq 27 may 1918-ci ildə anadan olub. Birinci Dünya Müharibəsi hələ də davam etsə də, o, təhlükəsiz ərazidə böyüyüb.

15 yaşı olanda instituta daxil olub. Orada isə

rəqsə həvəsi yaranıb. 1937-ci ildə o, Corc adlı həmyaşıdı ilə evlənib. Onlar 52 il birlikdə yaşayıb, iki uşaq dünyaya gətirib və müxtəlif müsabiqələrdə iştirak edərək rəqs etməyə davam ediblər.

1997-ci ildə Corc ölüb və bir müddət sonra qadın qocalar evinə yerləşib. Orada, may ayında o, 106 yaşını yerli uşaq bağçalarının və məktəblərin uşaqlarının əhatəsində qeyd edib.

"Uşaqlarıma dəfələrlə demişəm ki, 100 yaşım olanda illərimi hesablamağa başlayıram, indi cəmi altı yaşım var", - deyə Doroti Yanq bildirib.

Qadın uzun ömür sürməyin başqa bir sirri kimi sevgini misal göstərib. Doroti özünü sevdiyi şeylərlə əhatə edib. Məsələn, o, həqiqətən uşaqlarla ünsiyyət qurmağı sevir. Buna görə də uşaqlar tez-tez qocalar evinin işçilərinin dəvəti ilə qadına baş çəkirlər.

Son xəbərlər