Hörmüz boğazında gərginlik: Tramp Aİ-yə ultimatum verib

Hörmüz boğazında gərginlik: Tramp Aİ-yə ultimatum verib
Dünya 33

ABŞ Prezidenti Donald Tramp Avropadakı müttəfiqlərinə təzyiqi artıraraq Hörmüz boğazında təcili hərbi dəstək göstərilməsi tələbini irəli sürüb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqtondan qayıdan NATO-nun baş katibi Mark Rütte Avropa liderlərinə bildirib ki, Donald Tramp Avropadan boğazda hərbi gəmilərin və digər qüvvələrin yerləşdirilməsi ilə bağlı konkret öhdəliklər gözləyir. Avropalı diplomatlar Ağ Evin bu yeni tələblərini ultimatum kimi qiymətləndiriblər. Bu təzyiqlər Trampın NATO üzrə müttəfiqlərinə hərbi dəstəyi dayandırmaqla bağlı hədələrinin davam etdiyi bir şəraitdə baş verir.

Qeyd edək ki, Tramp aprelin 8-nə keçən gecə İrana qarşı zərbələrin iki həftəlik dayandırılmasına razılıq verdiyini açıqlayıb. Bunun əsas şərti kimi Hörmüz boğazının tam açılması göstərilib. ABŞ-nin İrandan münaqişənin nizamlanması ilə bağlı 10 maddədən ibarət təkliflər paketi aldığı bildirilir. Ağ Ev rəhbəri vurğulayıb ki, əgər razılaşma əldə olunmazsa, hərbi əməliyyatların yenidən başlanması qaçılmaz olacaq.

Son xəbərlər