"Hizbullah"ın baş katibi İranla bağlı Livan hökumətinə çağırış edib
10
mar
2025
19:10
"Hizbullah"ın baş katibi Nəim Qasım Livan hökumətini İran təyyarələrinin Beyrut Beynəlxalq Hava Limanına enişini qadağan edən qərarına yenidən baxmağa çağırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Al Manar" telekanalı məlumat yayıb.
Nəim Qasım bildirib ki, müxtəlif səbəblərdən bir çox ölkələrin livanlılara kömək etməkdən çəkindiyi bir vaxtda İran Livan xalqına yardımını əsirgəməyib.
N.Qasım bildirib ki, ABŞ direktivlərinə tabe olmaq Livanı uçurumun kənarına apara bilər.
Oxşar xəbərlər
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzatdı
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il uzadıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi saytın...