Harvard Universiteti barəsində araşdırma başlandı
ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universiteti və bu ali təhsil müəssisəsinin hüquq jurnalı olan "Harvard Law Review" barədə araşdırma başladıb.
ABŞ-nin Təhsil Nazirliyi ilə Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin yaydığı birgə açıqlamada bildirilir ki, "Harvard Law Review" jurnalının məqalə seçimində irqi meyarlara əsaslanması ilə bağlı iddialar araşdırılır. Araşdırma çərçivəsində müəlliflərin irqi mənsubiyyətinə görə seçim edildiyi və bu zaman ləqayətin nəzərə alınmadığına dair ittihamlar tədqiq olunacaq.
Təhqiqat həmçinin jurnalın maliyyə əlaqələri, audit prosedurları, üzvlük və məqalə seçimi siyasətlərini də əhatə edəcək.
Bildirilib ki, bu araşdırma, federal hökumətdən qrant alan qurumların irq əsaslı ayrı-seçkilik etməsini qadağan edən 1964-cü il Mülki Hüquqlar Qanununun 6-cı Bəndinin pozulub-pozulmadığını müəyyən etmək məqsədi daşıyır.
Oxşar xəbərlər
WSJ: İran gəmiləri Hörmüz boğazında ABŞ tankerini saxlamaq istəyib
İranın altı hərbi gəmisi Omanın şimalındakı Hörmüz boğazında ABŞ tankerinə yaxınlaşaraq heyətə mühərriklərini söndürməyi və gəmi göyərtəsinə daxil olacaqları ba...