Günəşdə güclü alışmalar baş verə bilər - Bu tarixlərdə...
26 və 27 yanvar tarixlərində Günəşdə güc baxımından sondan əvvəlki səviyyəyə aid olan M sinifli alışmaların baş verməsi ehtimalı var.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat yayıb.
İnstitutdan bildirilib ki, həmin günlərdə Günəşdə alışma aktivliyi əsasən aşağı səviyyədə qalacaq, lakin M sinifli alışmalar mümkündür.
Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən zəif hesab olunan A0.0 sinfi Yer orbitində hər kvadratmetr üçün 10 nanovat gücündə şüalanmaya uyğun gəlir. Növbəti sinfə keçdikcə şüalanmanın gücü 10 dəfə artır.
Günəş alışmaları bəzən Günəş plazmasının kosmosa atılması ilə müşayiət olunur. Bu plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.
Oxşar xəbərlər
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq olunan sanksiyaların ləğv ediləcəyini açıqlayıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, Tramp bu barədə Türkiyə P...