Ətrafdakıların "çirkinsən, kişiyə oxşayırsan" dediyi qız plastik əməliyyatlara sərvət xərclədi
Yaponiyada ətrafdakıların "çirkinsən, kişiyə oxşayırsan" sözlərindən bezən Airi Hirase adlı 27 yaşlı qız plastik əməliyyatlara təxminən 146 milyon dollar xərcləyib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Hirase əməliyyatlardan sonra tamam fərqli görünüş qazanıb.
Gənc qız bildirib ki, plastik cərrahiyyə üçün bıçaq altına düşmək fikri həm əqli, həm də maddi cəhətdən asan olmayıb. Hirase, plastik əməliyyata üz tutmasının səbəbini uşaqlığından bəri tənqidlərə məruz qalması ilə əlaqələndirib.
Airi Hirasenin dediyinə görə, anası kiçik yaşlarından tez-tez onun xarici görünüşünü tənqid edərək, ona xəyanət edən və onu ağır borc yükü altında qoyan atasına bənzədiyini söyləyirmiş.
Qalereya
Oxşar xəbərlər
Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda görüşərək regiondakı son vəziyyət və iki ölkə arasındakı münasibətləri müzakirə...