Engin Polat Dilanın bu görünüşündən narahat oldu: "Kaş ki, olmazdı"
Sosial media fenomeni Dilan Polatın həyat yoldaşı Engin Polat açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, Engin, Dilanın klipindəki obrazından narahat olduğunu qeyd edib.
O Dilanın dollar biqudili görünüşünün son yaşadıqları hadisələrə səbəb olduğunu ifadə edib.
"Kaş ki, olmazdı"- deyə, Engin bildirib.
Xatırladaq ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.
Onlar çirkli pulların yuyulmasında ittiham olunub. Bu ilin avqustun 8-də Dilan bir neçə gün sonra isə Engin Polat azadlığa buraxılıblar.
Oxşar xəbərlər
Kadırovun oğlu Rusiyada nasizmə qarşı mübarizədan danışdı
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu və ölkənin Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Adam Kadırov Rusiyanın daxilində nasizmə və nifrət ideologiy...