Dubayda ağır vəziyyətdə tapılan ukraynalı model özünə gəlib
Dubayda yol kənarından huşsuz vəziyyətdə tapılan ukraynalı model Mariya Kovalçuk uğurlu əməliyyatdan sonra özünə gəlib.
BAKU.WS "Veçernaya Moskva"ya istinadən xəbər verir ki, bu barədə onun dostu məlumat verib.
O qeyd edib ki, zərərçəkmiş daha iki əməliyyat keçirməli olacaq və müalicəsi uğurlu olarsa, o, danışa biləcək. Lakin Kovalçukun rəfiqəsi modelin onun xəsarətlərində kimin əli olduğu barədə təfərrüatları nə vaxt açıqlaya biləcəyini söyləməyib.
Xatırladaq ki, bu ayın əvvəllərində ağır halda tapılıb. Onun ayaqları, qolları və onurğası sınıb.
Anasının və rəfiqəsinin sözlərinə görə, bir gün əvvəl qız naməlum kişiləri görmək üçün hotelə tək gedib, bundan sonra ailəsi onunla heç bir əlaqə qura bilməyib. İddialara görə o, şeyxlərin əyləncə partisinə qatılıb.
Oxşar xəbərlər
Kuşner: Qəzzanın yenidən qurulmasına 40 milyard dollardan artıq vəsait xərclənəcək
Qəzza zolağının bərpası və sosial-iqtisadi inkişafı məqsədilə 40 milyard ABŞ dollarını aşan investisiya paketi nəzərdə tutulur. BAKU.WS xəbər verir ki, bu barəd...