Dilan Polatın ardınca həyat yoldaşı Engin də azadlığa çıxdı
Məşhur türkiyəli cütlük Dilan Polat və həyat yoldaşı Engin Polatın 3 ayrı cinayətə görə ümumilikdə 20 ildən 40 ilə qədər həbs istəndiyi iddiaları ilə bağlı qərar verilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbsdə olan şübhəlilər Engin Polat, Sezgin Polat, Alper Kürşat Polat və mühasib Ahmet Gün haqqında azadlığa buraxılma qərarı verilib.
Məlumata görə, Dilan Polat həyat yoldaşının azadlığa çıxma xəbərini sevinclə qarşılayıb və əvvəlcə qızına zəng edərək xəbər verib.
Engin Polat müdafiə çıxışında heç bir qanunsuz işi olmadığını iddia edərək, "Mənim və ailəmin idarə etdiyi bütün şirkətlərin qazancı qanuni olaraq ticarətdən əldə edilən varlıqlardır. Mənşəyi bilinməyən hər hansı bir aktivimiz yoxdur. Türkiyənin bəhs etdiyi bu davada mərc və buna bənzər saytlardan hesabımıza pul gəlməyincə iddianamə çıxardı".
Polat müdafiəsinə davam edərək ittihamları qəbul etmədiyini bildirib.
Oxşar xəbərlər
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
İstanbulda polis əməkdaşları Azərbaycan vətəndaşında 70 kiloqram qızıl aşkar ediblər. "Report" xəbər verir ki, bu barədə "Cumhuriyet" qəzeti yazıb. Hadisə Sarıy...