Dağıstanda yeniyetmə terror aktı planlaşdırıb
06
iyl
2025
18:30
Dağıstanın Daxili İşlər Nazirliyinin (DİN) binası yaxınlığında partlayış törətməyi planlaşdıran yeniyetmə saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İdarəsi məlumat yayıb.
Bildirilib ki, Dağıstanın Buinaks şəhərində terror aktı hazırlayan yeniyetmə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi və 205-ci maddəsinin 1-ci hissəsi (terror aktı törətməyə cəhd) üzrə cinayət işi başlanıb.
Hazırda şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Apple gizli təqdimata hazırlaşır: Sensor ekranlı MacBook Pro gəlir
"Apple" şirkətinin oktyabrın 27-də yeni məhsullarını təqdim edəcəyi gözlənilir. Tədbirdə sensorlu OLED ekranla təchiz olunmuş yeni nəsil "MacBook Pro" noutbukun...