Dağıstanda torpaq sürüşməsində ölən var
Rusiyanın cənubunda yerləşən Dağıstanda torpaq sürüşməsi nəticəsində bir nəfər həyatını itirib, yaşayış evlərinə ciddi ziyan dəyib.
BAKU.Ws xəbər verir ki, hadisə Dağıstanın Qaytaq rayonunun Kirki kəndində baş verib. Rayon rəhbəri Zapir Həsənovin "Telegram" kanalında yaydığı məlumata görə, uzunmüddətli intensiv yağıntılar sürüşməyə səbəb olub.
Bildirilib ki, yerli vaxtla saat 15:40-da qeydə alınan hadisə nəticəsində bir yaşayış evi tamamilə dağılıb, daha iki tikili qismən zərər görüb. Əlavə olaraq, beş ev üçün təhlükə hələ də qalır.
Hadisə yerində operativ komissiya fəaliyyət göstərir. Qurum dəymiş ziyanı qiymətləndirir və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində tədbirlər görür.
Məlumata görə, dağıntılar altından bir qadının meyiti çıxarılıb.
Qeyd edək ki, bundan əvvəl Mahaçqala şəhərində güclü yağışların yaratdığı subasma nəticəsində üçmərtəbəli bina da uçmuşdu.
Oxşar xəbərlər
İranın BMT-dəki nümayəndəliyi Trampın açıqlamalarını sərt tənqid edib
İranın BMT-dəki daimi nümayəndəliyi ABŞ Prezidenti Donald Trumpın son açıqlamalarını hərbi cinayət niyyətinin göstəricisi kimi qiymətləndirib. BAKU.WS xəbər ver...