Dağıstanda içməli sudan kütləvi zəhərlənmə – 300-dən çox insan xəstəxanaya yerləşdirilib

Dağıstanda içməli sudan kütləvi zəhərlənmə – 300-dən çox insan xəstəxanaya yerləşdirilib
Dünya 83

Dağıstanda içməli sudan zəhərlənmə nəticəsində 302 nəfər, o cümlədən 294 uşaq bağırsaq infeksiyasına yoluxub.

BAKU.WS xəbər verir ki, bu barədə regionun Səhiyyə Nazirliyi məlumat yayıb.

Zərərçəkənlər əsasən Maqaramkent Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər. Hazırda 93 nəfər stasionar müalicə alır, digərlərinin vəziyyəti sabitdir və sağalmağa doğru gedir. Artıq 3 nəfər evə buraxılıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, vəziyyəti ağır olan xəstə yoxdur. Xəstəxana həm müalicə, həm də infeksiyanın yayılmasının qarşısını almaq üçün lazım olan avadanlıqlarla təmin olunub.

Hadisə iyulun 7-nə keçən gecə Maqaramkent, Kuysun, Gilyar, Qaptsax və Yuxarı Tagirkent kəndlərində baş verib. İlkin ehtimallara görə, infeksiya su vasitəsilə yayılıb.

Xatırladaq ki, bundan əvvəl Adıgey bölgəsində 30-dan çox insan dəniz məhsullarından zəhərlənmişdi.

Son xəbərlər