Dağıstanda daşqınlarda üçü uşaq olmaqla, 6 nəfər ölüb
07
apr
2026
15:00
Dağıstanda güclü yağışların yaratdığı daşqınlar faciə ilə nəticələnib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində üçü azyaşlı olmaqla, ümumilikdə altı nəfər həyatını itirib. Ölənlər arasında 5-17 yaş aralığında uşaqlar, iki qadın və bir yaşlı şəxs var.
Qeyd edilir ki, intensiv yağıntılar Mahaçqala, Kaspiysk və Dərbənd ərazilərində daşqınlara səbəb olub. Nəticədə yaşayış evləri və yollar su altında qalıb.
Hadisə nəticəsində 6 mindən artıq sakinin zərər çəkdiyi bildirilir.
Oxşar xəbərlər
Yaponiyada qasırğa səbəbindən 280-dən çox reys ləğv edilib
Yaponiyada "Soudelor" qasırğası səbəbindən 280-dən çox reys ləğv edilib. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, reyslərin əksəriyyətinin Okinavadakı...