Bryanska təşkil olunan diversiya hücumunda amerikalı hərbçi öldürülüb
30
okt
2024
08:40
Rusiyanın Bryansk vilayətinə təşkil edilən diversiya hücumunda amerikalı hərbçi öldürülüb.
BAKU.WS xəbər verir ki, Bryanska daxil olmağa cəhd edən diversantlar arasında 41 yaşlı amerikalı dəniz piyadası Kori Con Navrotski də olub
ABŞ-nin keçmiş dəniz artilleriya çavuşu Ukrayna hərbi kəşfiyyatı ilə müqavilə imzalayıb və 2024-cü ilin sentyabrında Ukrayna silahlı qüvvələrinin sıralarına qoşulub.
Onun hərbi bileti təxribatçıların öldürüldüyü yerdə meyitinin yanında tapılıb.
Navrotskinin cəsədinin və sənədlərinin fotoları Rusiyanın hərbi teleqram kanallarında dərc olunub.
Oxşar xəbərlər
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
Alimlər bu həftə qidalanma, yuxu və sağlamlıqla bağlı bir sıra yeni nəticələr əldə ediblər. Araşdırmalarda tam taxıllı məhsulların və süd məhsullarının faydalar...