"Boeing" təyyarələrində unitazlar qopmağa başlayıb

"Boeing 787 Dreamliner" təyyarələrində unitazların qopması halları qeydə alınıb – bu nasazlığı ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) aşkarlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Federal Register" məlumat yayıb.
Bildirilir ki, problem yalnız bəzi modellərdə müşahidə olunur və korroziya ilə əlaqədardır.
FAA sərnişinləri xəbərdar edib ki, unitaz və əl-üz yuma qablarının bərkidiciləri yerlərindən qopa bilər.
Mütəxəssislərin sözlərinə görə, korroziya alüminium və karbon liflərinin rütubətli mühitdə təmasda olması nəticəsində yaranıb.
Qeyd edək ki, daha əvvəl "American Airlines" aviaşirkətinə məxsus başqa bir "Boeing" təyyarəsində yük bölməsinin qapısı ilə bağlı nasazlıq aşkarlanmışdı. Sakit okean üzərində olan zaman pilotlar təyyarəni səbəb göstərmədən geri döndərmişdi. Sərnişinlər bildiriblər ki, vəziyyət təhlükəli görünürdü.
Oxşar xəbərlər
Bred Pitt Ancelina Colidən ayrıldıqdan sonra bundan əziyyət çəkib
Hollivud ulduzu Bred Pittlə yeni fakt ortaya çıxıb. BAKU.WS xəbər verir ki, onun keçmiş həyat yoldaşı Ancelina Colidən ayrıldıqdan sonra alkoqol aslılğından əz...
