Beş rusiyalıya sanksiya tətbiq edildi
Avstraliya hökuməti beş rusiyalı və bir təşkilata qarşı sanksiya tətbiq edib.
BAKU.WS xəbər verir ki, bu barədə Avstraliyanın Daxili İşlər Departamenti TASS-a məlumat verib.
Departamentin açıqlamasına görə, xarici işlər naziri Penni Vonqun qərarı ilə tətbiq olunan iqtisadi və maliyyə məhdudiyyətləri 2022-ci ilin oktyabrında Medibank səhiyyə sığorta şirkətinin məlumat bazalarına kiberhücumda iştirak etdiyi iddia edilən rusiyalılara qarşı yönəlib.
Avstraliya hökuməti Rusiyanın ZServers şirkəti və beş rusiyalı hakerə qarşı sanksiya tətbiq edib. Onların Medibank-dan oğurlanmış məlumatların saxlanılması və yayılmasını təmin etdiyi iddia olunur.
Dmitri Bolşakov, Aleksandr Mişin, İqor Odintsov, İlya Sidorov və ZServers şirkətinin əməkdaşları qara siyahıya salınıb.
Sanksiyalara əsasən:
Bu şəxslərin Avstraliyaya girişinə qadağa qoyulub;
Onlara məxsus aktivlərlə istənilən əməliyyatlar cinayət məsuliyyətinə səbəb ola bilər.
Oxşar xəbərlər
Qərbdən İranla bağlı ETİRAF
Qərb İranı havadan devirməyin mümkünsüzlüyünü etiraf edib. BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetində m...