Arizona ştatında itkin düşən 2 yaşlı uşağı "Buford" adlı it tapdı
ABŞ-nin Arizona ştatında itkin düşən 2 yaşlı uşaq "Buford" adlı itin köməyi ilə tapılıb.
BAKU.WS xəbər verir ki, yerli polis idarəsinin yaydığı məlumata görə, azyaşlı uşaq aprelin 15-də səhər saatlarında Arizona ştatının Seligman bölgəsində evindən təxminən 11 kilometr aralıda tapılıb. Onun yanında isə "Buford" adlı it olub.
İtin sahibi Skotti Danton bildirib ki, həmin gün səhər saatlarında iti evinin yaxınlığında sarışın, pijamalı bir uşaqla birlikdə gəzərkən görüb. Daha sonra uşağı evinə apararaq ona su və yemək verib. Onun sağlamlıq vəziyyəti yaxşı qiymətləndirilib.
Axtarış-xilasetmə əməliyyatından sonra qəhrəman elan edilən 6 yaşlı "Buford"a mükafat olaraq 2 kiloqramlıq antrikot hədiyyə edilib. Mütəxəssislər hesab edir ki, uşağın sağ qalmasında itin qoruyucu instinkti əsas rol oynayıb.
Oxşar xəbərlər
KİV: Pentaqon Donald Trampa Venesuelaya qarşı hərbi əməliyyat planlarını təqdim edib
ABŞ hərbçiləri Amerika lideri Donald Trampa Venesuelaya qarşı yerüstü hədəflər zərbələr də daxil olmaqla mümkün hərbi əməliyyatların yenilənmiş planlarını təqdi...