Antalyaya QAR yağır

Antalyanın Kemer rayonunda yerləşən Taxtalı dağının 2 365 metr hündürlüyündəki zirvəsinə qar yağıb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, səhər saatlarında başlayan yağıntı nəticəsində dağın zirvəsi qısa müddətdə ağ örpəyə bürünüb. Olympos Teleferik şirkətinin baş direktor müavini Haydar Culfa bildirib ki, qarla örtülən zirvədə gözəl mənzərə yaranıb.
Onun sözlərinə görə, kanatla Taxtalı dağını ziyarət edən turistlər üçün bu, xoş bir sürpriz olub və ziyarətçilər mənzərədən böyük zövq alıblar.
"Antalyaya gələn yerli və xarici turistlər sahildə dənizə girə biləcəkləri bir hava ümid edərkən kanatla Taxtalı zirvəsinə qalxdıqda qar topu oynaya biləcəkləri bir mənzərə ilə üzləşdilər. Bu da onlarda həm heyrət, həm də sevinc hissi doğurdu", – deyə Culfa qeyd edib.
O həmçinin əlavə edib ki, türk və isveçrəli mühəndislərin iştirakı ilə kanat qurğularında aparılan texniki baxış işləri tamamlanıb və obyekt tam gücü ilə fəaliyyət göstərir. Hazırda bütün ziyarətçiləri qarşılamağa tam hazır olduqlarını bildirib.
Oxşar xəbərlər
ABŞ 1992-ci ildən bəri ilk dəfə Rusiya istehsalı yumurta alıb
2025-ci ilin iyul ayında ABŞ ilk dəfə 1992-ci ildən bəri Rusiyadan toyuq yumurtası idxal edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat...
