Alimlər piylənmə ilə mübarizə üçün yeni hədəf aşkar edib

Alimlər piylənmə ilə mübarizə üçün yeni hədəf aşkar edib
Dünya 26

Alimlər piylənmə ilə mübarizədə yeni yanaşma müəyyənləşdiriblər. Araşdırmaya görə, bədən çəkisinin tənzimlənməsində maqneziumun hüceyrə daxilində rolu mühüm əhəmiyyət daşıya bilər.

BAKU.WS xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, dünyada artıq çəkidən əziyyət çəkənlərin sayı son onilliklərdə əhəmiyyətli dərəcədə artıb. Piylənmə diabet, ürək xəstəlikləri və digər ciddi problemlərlə əlaqələndirilir.

Texas Universiteti San-Antonioda aparılan tədqiqatda alimlər diqqəti hüceyrələrin "enerji mərkəzləri" olan mitoxondrilərdə maqneziumun miqdarına yönəldiblər. Araşdırma göstərib ki, bu elementin artıq olması enerji mübadiləsini zəiflədir və yağ yığılmasını artırır.

Eksperimentlərdə MRS2 adlı gen deaktiv edilən siçanların yüksək kalorili qidalanmaya baxmayaraq kökəlmədiyi müşahidə olunub. Onların orqanizmi şəkər və yağları daha effektiv yandırıb.

Alimlər həmçinin eyni mexanizmə təsir edən CPACC adlı maddə hazırlayıblar. Bu birləşmə sınaqlarda çəki artımını məhdudlaşdırıb və qaraciyər funksiyasını yaxşılaşdırıb.

Mütəxəssislər qeyd edir ki, nəticələr ümidvericidir, lakin bu yanaşmanın insanlarda effektivliyi üçün əlavə tədqiqatlara ehtiyac var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər