Ağ Ev: Venesuela ABŞ-nin bütün tələblərini yerinə yetirir
Venesuelanın müvəqqəti hökuməti ABŞ-nin bütün tələblərini yerinə yetirir və ABŞ Prezidenti Donald Tramp əməkdaşlığın davam etməsini gözləyir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün mütəmadi keçirilən brifinqdə bildirib.
"Dövlət katibi Marko Rubio, eləcə də administrasiya Delsi Rodriqes (Bolivar Respublikasının səlahiyyətli Prezidenti) və Venesuelanın müvəqqəti hökumətinin digər üzvləri ilə daimi təmasdadır, onlar əməkdaşlığa hazır olduqlarını nümayiş etdirirlər. Hazırkı məqamda onlar ABŞ-nin və Prezidentin bütün tələblərini və xahişlərini yerinə yetiriblər", - o deyib.
"Prezident indiki vəziyyətdən məmnundur və əməkdaşlığın davamlı olmasına ümid edir", - K.Livitt əlavə edib.
Oxşar xəbərlər
Müharibənin acı ironiyası: Evsiz qalan ailələr, ailəsiz qalan evlər
Gecədən xeyli keçməsinə baxmayaraq gözümə yuxu getmirdi. Saat üçdən tez yuxulaya bilmirəm. Müharibənin beşinci ilinə keçməsinə baxmayaraq, hələ də anidən nəyins...