Acun toyuna yaxtayla gəldi, arvadı 12 minlik gəlinlik geyindi, məclisə ulduzlar axın etdi

Acun toyuna yaxtayla gəldi, arvadı 12 minlik gəlinlik geyindi, məclisə ulduzlar axın etdi
Foto Video
Dünya 611

Ötən gün məşhur iş adamı Acun Ilıcalının Ayça Çağla Altunkaya ilə toyu baş tutub.

BAKU.WS xəbər verir ki, Türkiyədə ilin həyəcanla gözlənilən mərasimi Esma Sultan Yalısında keçirilib.

Acunla Ayça toya bahalı yaxtada təşrif buyurublar. Onların bu addımı xeyli müzakirələrə səbəb olub. Gecədə qonaqları dünyaca məşhur Keinemusik"in DJ"i &me əyləndirib.

Ayça özəl günündə ağ sadə gəlinlik Ilıcalı isə sadə smoking geyinib. 25 yaşlı Ayçanın gəlinliyi "Monique Lhuillier Bride" markasından olub. Libasın qiyməti 12450 AZN-dir.

Onun makiyajı da gəlinliyi kimi sadə olub. Onun stili üzərində peşəkarlardan ibarət komanda çalışıb.

Təmtəraqlı toya sözün əsl mənasında ulduz yağışı yağıb. Gecədə bir çox türkiyəli məşhurlar tanaınmış iş adamları iştirak ediblər. Məşhur simalar arasında müğənni Ebru Gündeş də olub. O toya həyat yoldaşı Murat Özdemirle qatılıb.
Qonaqlar arasında müğənni Hülya Avşar və bir sıra aktyorlar da olublar. Onlar kameralara önünə keçərək fotolar çəkdiriblər.

Ilıcalı toyu zamanı mətbuat nümayəndələrini də unutmayıb. O həyat yoldaşı Ayça Çağla Altunkaya ilə media nümayəndələrinə açıqlama verib. Onlar özlərini xoşbəxt hiss etdilklərini və məclisə gələnlərin əylənməsi üçün əllərdindən gələni etdiklərini vurğulayıblar. Jurnalistlər cütlüyü xoş günü münasibətilə təbrik ediblər.

Xatırladaq ki, Acun Ilıcalı 4-cü dəfə Ayça Çağla Altunkaya ailə qurub. Cütlük arasında 30 yaş fərqi var. Ayça Nişantaşı Universitetinin Tibb bacısı ixtiasasını bitirib. O 1999-cu ildə dünyaya gəlib.

BAKU.WS Acun Ilıcalının toyundan görüntülər təqdim edir:

Oxşar xəbərlər

Son xəbərlər