ABŞ həbsxanasında 10 nəfər tualetin deşiyindən qaçıb

ABŞ-ın Nyu Orlean şəhərində həbsxanadan 10 məhbus tualetin dəliyindən qaçıb.
BAKU.WS xəbər verir ki, hadisə barədə NBC telekanalı məlumat yayıb.
"Bir neçə metal barmaqlığın tapıldığı çuxur tualetin yerləşdiyi yerin arxasında kəsilib", - nəşr yazır.
Məhkumların bu çuxuru özləri yaratdıqları, yoxsa kəşf edib qaçmağı sonradan planlaşdırdıqları hələlik məlum deyil.
Daha sonra çuxurun ətrafında "We Innocent" və "To Easy Lol" sözləri də daxil olmaqla mesajlar tapılıb. Bildirilib ki, məhbusların köməksiz qaçması çətin olardı. Hazırda rəsmilər kiminsə qaçanlara kömək edib-etmədiyini araşdırır.
Qeyd olunub ki, qaçanlar arasında qətldə ittiham olunanlar da var.
Oxşar xəbərlər
İsrail Şiraza zərbə endirib - Ballistik raket zavodu partladılıb
İsrail Ordusu İrana qarşı hərbi əməliyyatlara davam edir. BAKU.WS xəbər verir ki, İsrail qüvvələri Şiraz şəhərinə də zərbə endirib, nəticədə ballistik raket zav...
