ABŞ-də tornado və qasırğa faciəsi: Ölənlərin sayı 40-a çatıb
18
mar
2025
12:20
ABŞ-nin mərkəzi və cənub bölgələrində həftəsonu baş verən tornadolar və şiddətli qasırğalar nəticəsində ölənlərin sayı 40-a yüksəlib.
Təbii fəlakət Texas, Missuri, Oklahoma, Missisipi və Alabama ştatlarına ciddi ziyan vurub.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, rəsmilərin açıqlamasına görə, yalnız Missuri ştatında 12 nəfər olmaqla, ümumilikdə 40 nəfər həyatını itirib.
Milli Meteoroloji Xidmət tufanların zəiflədiyini bildirsə də, Corciyanın şərqi və Floridanın şimalında küləklərin hələ də təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.
Oxşar xəbərlər
Tramp: Hörmüz boğazından rekord həcmdə neft daşınıb
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından ötən gecə rekord həcmdə neft daşındığını bildirib. BAKU.WS xəbər verir ki, Tramp bu barədə İllinoys ştatına yola...