VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə mediası 6 kəndin geri alınması xəbərini ictimaiyyətə göz yaşları içində çatdıran aparıcı Jalə Həsənlidən yazıb.

BAKU.WS türk mətbuatına istinadən xəbər verir ki, İctimai televziyanın aparıcısı həmin anlardan danışıb.
O, göz yaşlarını “27 ilin ağrısı” kimi ifadə edib:

“Kövrəlməmək əlimdə deyildi. Bu göz yaşları 27 ilin həsrəti idi. Bu göz yaşları 27 ilin ağrısı idi. Bu, bitməmiş arzumuz olan Dağlıq Qarabağ idi”.

Jalə Həsənli açıqlamasına daha sonra bu sözləri əlavə edib:

“İnsanlarımız o torpaqda doğuldu, amma o torpaqda böyüyə bilmədilər. Anasının, atasının məzarları o torpaqda qaldı, amma ziyarət edə bilmədilər. Yeni ailə quran qızlarımız həyat yoldaşını itirdi.

Onların yarım qalan arzuları var idi. Göz yaşlarına boğuldum, sevincli idim. 6 kəndimiz işğaldan qurtuldu. Bu sevinci o göz yaşlarımla ifadə edə bildim. Çox xoşbəxt idim”.

BAKU.WS
VİDEO