SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus son vaxtlar sürətlə yayılması səbəbindən şotlandların bir-birinə qonaq getməsi qadağan olunub.

BAKU.WS-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə bağlı karantin rejiminin sərtləşdirilməsini Şotlandiyanın Baş Naziri Nikola Stercen bəyan edib.

O, həmçinin yerli vaxtla saat 22:00-dan sonra pivəxana və restoranların fəaliyyətinin dayandırılacağını, açıq havada yığıncaqların məhdudlaşdırılacağını bildirib. Bundan sonra regionda altı nəfərdən çox qruplar halında toplaşmağa icazə verilməyəcək.

Baş Nazirin sözlərinə görə, region sakinləri əvvəlki kimi evlərindən işləməlidir. Bununla yanaşı, epidemioloji vəziyyətin imkan verəcəyi təqdirdə məktəblər və müəssisələr açıq qalacaq.

BAKU.WS