SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 22 nəfər ölüb.

BAKU.WS-in xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 70 192 şübhəli koronavirus testindən keçib, onlardan 1226-nın cavabı pozitiv çıxıb, ağır xəstə sayı 656 nəfər olub, 923 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 246 861 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5934 nəfər ölüb.

Nazir qedy edib ki, COVID-19-a yoluxan ağır xəstələr arasında yaşlı və xroniki xəstəlikləri olanlar çox artıb.

BAKU.WS