SİZİN REKLAM BURADA!
055 213 76 73


Livanda partlayış nəticəsində 50-yə yaxın şəxs ölüb, 2500-dən çox yaralı var. 
BAKU.WS-in məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri açıqlama verib.
Hazırda hadisə yerində yanğından mühafizə briqadaları işləyir, əraziyə helikopterlər də cəlb olunub.
Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.

22:10

Livanın Ümumi Təhlükəsizlik Xidmətinin rəhbəri general Abbas İbrahim Beyrut limanında baş vermiş partlayışın pirotexnika anbarında qeydə alınması versiyasını təkzib edib.

BAKU.WS-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, o, partlayışın uzun müddət ərazidə saxlanılan digər partlayıcı maddələr səbəbindən olduğunu bildirib.

“Baş verənlər pirotexnika partlaması deyil, uzun müddət ərazidə saxlanılan digər partlayıcı maddələrdir”, - təhlükəsizlik xidmətinin rəhbəri əlavə edib.

Yerli KİV-lərin verdiyi məlumata görə, partlayış nəticəsində ölənlərdən biri Kataib partiyasının lideri Nizar Nacaryandır.

Xatırladaq ki, Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış olub.

Partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrində də hiss edilib. Bəzi evlərə və ofislərə ziyan dəyib. "Reuters"in ilkin məlumatına görə, 12 nəfər ölüb.

BAKU.WS
VİDEO