SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus pandemiyası bütün sektorlarda olduğu kimi “ağıllı” telefon bazarına da ciddi təsir edib.

BAKU.WS NTV Türkiyə-yə istinadən xəbər verir ki, Çinin “Huawei” şirkətinin satışları ilin 2-ci rübündə (mart-iyun aylarında) 5 faiz azalıb.

Buna baxmayaraq “Huawei” “ağıllı” telefon bazarında satışa görə liderliyə yüksəlib. Bundan başqa, “Huawei” tarixdə ilk dəfə olaraq “Samsung”u da geridə qoyub.

Məlumat üçün bildirək ki, son 9 ildə ilk dəfə “Samsung” və “Apple”dan başqa bir brend liderliyə yüksəlib. Qeyd edilən dövrdə “Huawei” 55,8 milyon ədəd, “Samsung” isə 53,7 milyon ədəd smartfon satıb.

BAKU.WS