Türkiyədə daha 19 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib

Türkiyədə daha 19 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib
Siyasət 103

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 150 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 192 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 201 098 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 2 311 nəfər olmaqla 175 422 nəfər təşkil edir.

Son xəbərlər