VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bingöl vilayətində 5,7 bal gücündə zəlzələ olub.

BAKU.WS-in Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi məlumata görə, yeraltı təkanlar iyunun 14-də yerli vaxtla saat 17:24-də qeydə alınıb.

Zəlzələ ətrafdakı vilayətlərdə hiss olunub. Əhali arasında böyük təşviş yaranıb.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, 5,7 bal gücündəki yeralı təkanlar yerli vaxtla saat 14:24-də qeydə alınıb. Zəlzələnin episentri Bingöl şəhərindən 55 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.

Baş verən zəlzələ nəticəsində azı 3 nəfər xəsarət alıb.


BAKU.WS