SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Malatya vilayətinin Pütürgə rayonunda 5 bal gücündə zəlzələ olub.

BAKU.WS-in verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 21:06-da yerin 7 kilometr dərinliyində baş verib. Təkanlar ətraf vilayətlərdə də hiss olunub.

Malatya valisi bildirib ki, dağıntı və itkilərlə bağlı zəlzələ olan ərazidə araşdırmalar davam edir, ancaq zərərlər barədə hələlik dəqiq məlumat yoxdur.

Qeyd edək ki, bu il yanvarın 24-də Sivricədə 6.8 maqnitudalı zəlzələ olub, dağıntılar nəticəsində Elazığda 37, Malatyada isə 4 nəfər ölmüşdü.

BAKU.WS