VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən yüksək məvacib alan məşhurlarının siyahısına bu il 590 milyon ABŞ dolları alan amerikalı model, media siması Kayli Cenner başçılıq edir.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, ikinci yeri 170 milyon dollarla amerikalı müğənni və bəstəkar Kanie Uest, üçüncü yeri 106,3 milyon dollarla isveçrəli tennisçi Rocer Federer tutur.

Sonrakı sıralarda 105 milyon dollarla braziliyalı Kristiano Ronaldo və 104 milyon dollarla argentinalı Lionel Messi kimi futbolçular yer alıb. Onların ardınca 97 milyon dollarla amerikalı aktyor Tayler Perri, 95 milyonla braziliyalı futbolçu Neymar, 90 milyonla radio aparıcısı Hovard Stern, 88,2 milyonla NBA ulduzu LeBron James, 87,5 milyonla aktyor Duayn Conson gəlir.

Bütövlükdə siyahıdakılar 6,1 milyard ABŞ dolları qazanıblar. Bu da ötən ilin müvafiq dövrünün bənzər rəqəmindən 200 milyon dollar azdır.

BAKU.WS
QALEREYA