SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni növ koronavirusla (COVID-19) bağlı Türkiyədə tətbiq olunan qadağaların aradan qaldırılması planlı qaydada və nəzarətli şəkildə həyata keçirilir. Türkiyə koronavirusla mübarizədə bütün dünya üçün nümunə təşkil edir. Lakin risklər nəzərə alınmasa, infeksiya yenidən yayıla bilər.

BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca nazirliyin Elmi Komitəsinin ölkədəki hazırkı vəziyyətlə bağlı son iclasından sonra keçirdiyi mətbuat konfransında məlumat verib.

Koronavirus infeksiyasının İkinci Dünya müharibəsindən sonra bəşəriyyət üçün vahid bəlaya çevrilən ilk problem olduğunu diqqətə çatdıran nazir deyib ki, görülən tədbir nəticəsində infeksiyanın yayıldığı beşinci həftədən bu yana yoluxma və ölüm hallarında kəskin azalma müşahidə olunur. Yeni yoluxan şəxslərin yaxınları dərhal izolyasiya edilir. Hazırda Türkiyə infeksiya ilə mübarizənin ikinci mərhələsinə qədəm qoyub. Mübarizədə hazırkı vəziyyət çox ümidvericidir.

Nazir diqqətə çatdırıb ki, infeksiyanın yayılmasının qarşısı alındığı kimi, məhdudiyyətli sosial həyata nəzarətə də ciddi şəkildə əməl edilsə risklər aradan qalxacaq. Əhalidən tələb olunan bunlardır: ciddi ehtiyac olmadıqca evdən çıxmamaq, kütləvi şəkildə toplaşmamaq, bütün hallarda ara məsafəsi saxlamaq, qoruyucu maskadan istifadə etmək, təmizlik tələblərinə əməl etmək, virus şübhəsi olduqda həkimə müraciəti yubatmamaq.

BAKU.WS