SİZİN REKLAM BURADA!
055 213 76 73


Müqəddəs Ramazan ayı ərəfəsində "Reuters" agentliyi izləyicilərinə maraqlı bir təşəbbüslə müraciət edib.

BAKU.WS xəbər verir ki, dünyanın müxtəlif ölkələrində yaşayan və oruc tutan şəxslərdən iftar vaxtı hansı xörəyi yeməyi sevdikləri soruşulub.

Müxtəlif ölkələrdən olan müsəlmanların iftarda sevdiyi yeməklə bağlı seçimləri fərqli olub.

Bağdaddan (İraq) olan Hüseyn Havi Varid dolma kimi tanınan ət, düyü və pomidor ilə doldurulmuş tərəvəz və üzüm yarpaqlarından hazırlanan ənənəvi İraq yeməyinə üstünlük verib.

Bosniyanın Zenitsa şəhərindən olan Mevlid Mrqiç də dolmaya üstünlük verib.

Şanxayda (Çin) yaşayan uyğur Fatimə Yusif isə Sincan əriştəsinə üstünlük verib.

Kabildən (Əfqanıstan) olan Məhəmməd Kabir mal əti və ya quzu, eyni zamanda kartof da içində olan şorbaya üstünlük verib.

İskəndəriyyədən (Misir) olan Həmid Mahmud qızardılmış balığa üstünlük verib.

Hindistanın Yeni Dehli şəhərindən olan Sarah Nakvi qızardılmış çörək və isti noxuddan hazırlanan puri-çoliyə üstünlük verib.

Krasnoyarskdan (Rusiya) olan tatar Zelfira Mansurova qurudulmuş qaza üstünlük verib.

Cakartadan (İndoneziya) olan Şakandi Hakim dana quyruğu və qırmızı lobyadan hazırlanan brongkos yeməyinə üstünlük verib.

BAKU.WS