SİZİN REKLAM BURADA!
055 213 76 73


Çinin Sintszyan-Uyğur Muxtar Rayonundan türklərə qarşı zülmünə qarşı səssiz qalmayaraq bu barədə Tvitterdə paylaşım edən Məsut Özilə qarşı daha bir radikal qərar alınıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, türk əsilli alman futbolçunun PES fubol oyunlarının Çin versiyalarından çıxarılacağı bildirilir.

PES-in Çin versiyasını üzrə haqlarına sahib olan “NetEase” şirkətindən bildirilib ki, Məsut “PES 2020 Mobile” daxil olmaqla 3 oyundan çıxarılacaq.

Şirkət Məsut Özilin Çin haqqında yazdıqlarının çinli azarkeşləri incitdiyini və bu səbəbdən onu bağışlamadıqlarını qeyd ediblər.

Qeyd edək ki, M.Özil Çinin Uyğur türklərinə qarşı zülmünə qarşı səssiz qalınmasını tənqid etmişdi. Bu açıqlamaya görə, Çin Mərkəzi Televiziyası (CCTV) Premyer Liqanın “Arsenal” - “Mançester Siti” matçını yayımlamamışdı.

Fərid ƏDALƏT
BAKU.WS