VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Avropa Liqasının qrup mərhələsinin II turunda baş tutan "Qarabağ”-"Arsenal" oyundan sonra azərkeşlər rəqib komandanın ulduz futbolçusu Mesut Özilin forması üstündə dava salıblar.


Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Həmin hadisənin video görüntüsünü redaksiyamıza göndərən şəxs bildirib ki, məsələyə polis qarışsa da, forma üstündə dalaşanları ayırmaq mümkün olmayıb.


Qeyd edək ki, türk əsilli futbolçu Məsut Özil formasını tribunalardakı azarkeşlərə atıb.


Həmin hadisənin görüntülərini təqdim edirik:


Cavid Babayev
BAKU.WS