SİZİN REKLAM BURADA!
055 213 76 73


“Tesla” şirkətinin qurucusu İlon Mask Tvitterdə yazdığı bir statusa görə sahibi olduğu şirkət 14 milyard dollar dəyər itirib.

BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, Mask tvitində “Məncə, “Tesla”nın hissə dəyəri çox yüksəkdir” yazıb.

“Wall Street Journal” qəzeti ondan zarafat edib-etmədiyini soruşub. O, isə “Xeyr” cavabını verib.

Bu tvitdən sonra “Tesla”nın dəyəri 14 milyard dollar azalıb.

Qeyd edək ki, daha öncə 2018-ci ildə Mask Nyu-York Birjasının gələcəyi ilə bağlı proqnoz verdiyi üçün 20 milyon dollar miqdarında cərimələnmişdi.

BAKU.WS