SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa qitəsinin koronavirus pandemiyasının episentrinə çevrildiyini bəyan edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki,  bu barədə "Euronews" kanalı məlumat verib. 

Qurumun baş katibi Tedros Adanom Gebreisus Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, Avropada gündəlik koronavirusa yoluxma halı Çindən çoxdur.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 136 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 140 214-ə çatıb. Bunların 70 733 nəfəri sağalıb, 5 123 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKU.WS