SİZİN REKLAM BURADA!
055 213 76 73


Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan koronavirusun ölkə ərazisində yayılma mənbəyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, diplomat “Twitter” hesabında koronavirusun Uhana ABŞ ordusu tərəfindən gətirildiyini yazıb.

“Səmimi olun! Məlumatları ictimailəşdirin! ABŞ bizə izah etməlidir ki, ABŞ-da ilk xəstə nə vaxt peyda olub? Neçə nəfər yoluxub? İlk dəfə olaraq məhz ABŞ hərbçiləri epidemiyanı Uhana gətirib”, - deyə Çjao Litszyan qeyd edib.

Son məlumatlara görə, yoluxanların ümumi sayı 120 min nəfəri keçdi, dörd mindən çox xəstə öldü.

BAKU.WS