Çin yenidən qalib gəldi: Koronavirusun sonu ilə əlaqədar xəstəxana bağlandı - FOTO
Epidemiyanıın mərkəzi sayılan Uhan şəhərindəki "Jianghan" adlı müvəqqəti xəstəxana son 34 xəstənin evə buraxılmasından sonra rəsmən bağlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Xəstəxananın fəaliyyət göstərdiyi 34 gün ərzində tibb ocağında 1848 nəfər müalicə alıb. Onlardan 521 nəfəri digər tibb müəssisələrinə köçürülüb, 1327 nəfər isə xəstəxananı sağalaraq tərk edib. Bağlanan xəstəxana 10 gün ərzində inşa edilmişdi.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Adhan Gebreyesus bildirib ki, COVID-19 infeksiyasına yoluxan xəstələrin 70%-dən (58,6 mindən çox insan) çoxu tam sağalıb.
Qalereya
Oxşar xəbərlər
Koronavirusla bağlı hər kəsi maraqlandıran 17 CAVAB - VİDEO
Çindən dünyaya yayılan koronavirus epidemiyası barədə yenilənmiş məlumatlar hazırlanıb. BAKU.WS xəbər verir ki, bu barədə İstanbul Universitetinin Cərrahpaşa Ti...