Xına mərasimi aparıcısı: "Qiymət paketi 80 min manata yaxın olan məclisə getmişik"
Xına mərasimləri xalqımızın adətləri arasında özünəməxsus yer tutur. Müasir dövrdə xanımların bir çoxu bu mərasimi təntənəli, yaddaqalan şəkildə keçirmək istəyir. Bununla da xına mərasimlərinin xərci də toy qiymətləri ilə eyni çıxır.
Administrator Rəşad Abdullayevin sözlərinə görə, xına mərasimlərində yerlərin qiyməti 50-150 manat arasında dəyişir: "Həftənin şənbə və bazar günlərində qiymətlər nisbətən baha olur, endirimlər edilmir".
Xına mərasimi aparıcısı Selcan Ağayeva isə deyir ki, qiymətlər əsasən 1000 manatdan başlayır və 7000 manatadək dəyişir: "Amma elə qiymət paketləri var ki, onlar 7000 manatdan da çoxdur. Elə xınaya getdik ki, o mərasimin qiymət paketi 80 min manata yaxın idi.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
"Yaxşı balıq tutmaq olar, işə gedib-gəlməyə gəmi lazımdır" - İmişli sakinlərini çıxılmaz vəziyyətə salan yol
İmişli şəhərinin 1 200 nəfərdən çox sakini olan Hüseyn Cavid küçəsi tamamilə yararsız vəziyyətdədir. Sakinlər illərdir aidiyyəti qurumlara etdikləri müraciətlər...