SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor Silvester Stallone də koronavirus təhlükəsinə qarşı tədbir görür.

BAKU.WS dailymail-ə istinadən xəbər verir ki, “Rembo” və “Rokki” rolları ilə məşhurlaşan 73 yaşlı Hollivud ulduzu Amerikanın Beverli Hills şəhərində marketdə alış-veriş edərkən aktyorun əllərindəki plastik əlcəklər diqqətdən yayınmayıb.

Maskadan istifadə etməyən Stallone koronavirusdan bu şəkildə qorunmağa üstünlük verib.

Qeyd edək ki, mütəxəssislər koronavirusun yoluxma riskini azaltmaq üçün xüsusilə əlləri tez-tez yuyub dezinfeksiya etməyi, yuyulmamış əllərlə ağıza, gözlərə və üzə toxunmamağı məsləhət görür.

Artıq Vaşinqton və Nyu-Yorkda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

ABŞ-da koronavirusa təsdiqlənmiş yoluxma halları 1162 nəfərə çatıb, 37 nəfər bu virusun qurbanına çevrilib. Daha çox yoluxma halları Vaşinqton (267), Nyu-York (173) və Kaliforniya (152) ştatlarında qeydə alınıb.

ABŞ Prezidenti Donald Tramp Avropadan gələn bütün səyahətləri 30 gün müddətinə qadağan edib.

BAKU.WS